ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında Amerikanın general Soleymanini şəhid etmək üzrə terror hərəkətinə toxunaraq, deyib: Əgər Amerikanın ayağı bu regiondan və təcüvüzü həmişəlik olaraq kəsilərsə, bu, region xalqlarının real intiqamı və yekun cavabı olacaqdır.
İran prezidenti İran xalqının general Soleymaninin və onun köməkçilərinin ölkənin müxtəlif şəhərlərində keçirilən vida mərasimlərindəki misilsiz iştirakına işarə edərək, deyib: Xalq nəinki bu böyük sərkərdənin tabutunun əllər üzərində gəzdiyi şəhərlərdə, həm də bütün şəhər və kəndlərdə vahid formada əzadarlıq edərək, Amerikanın hərəkətinə qarşı şüarlar verdi.
Cənab Ruhani əlavə edib: Bu xalqımızı həmişəkindən daha çox birləşdirən böyük bir tarixi hadisə idi.
..........
340