Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahar TV
çərşənbə axşamı

31 dekabr 2019

09:31:04
997852

Şeyx İsa Qasim bəhreynli siyasi məhbusların azadlığa buraxılmasına çağırdı

Bəhrey İslam Hərəkatinin rəhbəri bütün siyasi məhbusların Ali-Xəlifə rejiminin həbsxanasından azad edilməsini tələb edib.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreyn İslam Hərəkatının rəhbəri Şeyx İsa Qasim bazar günü dekabrın 29-u deyib ki, siyasi məhbusların azad olunması böhranın həlli demək deyil və onların azadlığa buraxılması ilə yalnız saxlanılanların işləri bağlanılır və qalan işlər hərtərəfli siyasi həll yolunun tapılacağı günə qədər açıq qalacaqdır.

Şeyx İ.Qasimin sözlərinə görə, öz siyasi, islami, milli və insani hüquqlarını tələb edən bəhreynli fəalları həbs etmək cinayətdir.

Əl-Vifaq Milli-İslami Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın həbsinə toxunan Bəhreyn İslam Hərəkatının rəhbəri qeyd edib ki, oturaq aksiyalar, yürüş və nümayişlərdə iştirak etmək bəhanəsi ilə insanları həbs etmək açıq zülmdür və Şeyx Əli Salmanın saxlanılması da bunun bariz nümunəsidir.

Ali-Xəlifə rejiminin məhkəməsi 2018-ci il oktyabrın 24-u Şeyx Əli Salmanı Qətərə casusluq kimi əsassız ittihamlarla ömürlük həbsə məhküm edib.

Bəhreynin Əl-Vifaq Cəmiyyəti bu yaxınlarda bir məruzə yayaraq, Bəhreyn həbsxanalarında azı 5 min siyasi məhbusun olduğunu bildirib və üstəlik təhlükəsizlik qüvvələrinin etirazçıların evlərinə gündəlik basqınlarının hələ də davam etdiyini diqqətə çatdırıb.

.........
340