Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Hollandiyanın Almere şəhərində FAŞİST İsrailin hücumları nəticəsində ŞƏHİD olan fələstinli uşaqların xatirəsinə həsr olunmuş sərgi təşkil edilib. Bu sərgidə Qəzzada öldürülən fələstinli uşaqların xatirəsi və simvolu olaraq Almere meydanında minlərlə cüt ayaqqabı və oyuncaq düzülüb. Qəzza müharibəsinin başlamasından 20 aydan çox vaxt keçməsinə baxmayaraq, fələstinli uşaqlar hər gün raket atəşi, atəş, aclıq və FAŞİST İsrailin mühasirəsindən ölməyə davam edir.

1 iyul 2025 - 18:57

Sizin rəyiniz

You are replying to: .
captcha