Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA – Xəbər Agentliyi
şənbə

17 noyabr 2018

13:57:25
916942

İslam və İdman

İ. Xamenei: Bayraqdarınızın çadralı xanım olması bütün istikbarçılara qarşı müqavimətinizin nümunəsi idi –Foto

İmam Xamenei:Mən siz qadınlara səmimi təşəkkürümü bildirirəm. Bu mədəni inqilabın əzələ nümayişi idi.

İmam Xamenei: "Öz əsalətinizin qorunub saxlanması üçün özünüzə güvənməyiniz çox vacib məsələ idi. Bunun bir nümunəsin qruppanızın bayraqdarı olan çadralı xanım nümayiş etdirdi. Bu yəni siz təkbaşına bütün dünyada artan soyuq təcavüzlər qarşısında unikal bir şəkildə dirəniş göstərdiniz."

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslam İnqilabı Lideri həzrət Ayətullah Seyyid Əli Xameneyi, keçən ay İndoneziyada keçirilən Paralimpiya Oyunlarında medal qazanmağı bacaran İran İslam Respublikasının idmançıları ilə görüşüb.

İndoneziyada keçirilən paraolimpik yarışlarında İran İslam Respublikasının idmançıları 51 qızıl, 42 gümüş və 43 bürünc medal kəsb ediblər. Ümumilikdə 136 medal qazanan İran İslam Respublikasının idmançıları dünya üzrə 3-cü məqama yiyələniblər.

Görüş zamanı həzrət Ayətullah Xamenei çıxış edərək belə buyurublar:

... Öz əsalətinizin qorunub saxlanması üçün özünüzə güvənməyiniz çox vacib məsələ idi.

Bunun bir nümunəsin qruppanızın bayraqdarı olan çadralı xanım nümayiş etdirdi. Bu yəni siz təkbaşına bütün dünyada artan soyuq təcavüzlər qarşısında unikal bir şəkildə dirəniş göstərdiniz. Dini, milli dəyərləri və milli geyimləriniz yəni çadra, hicab və iffətinizi dünya arenasında müdafiə etdiniz.

Bu iş ürəkli olmağı və cəsarətliyi tələb edir. Çoxları küfr dünyasının artıqtələblikləri qarşısında aciz qalıb müqavimət göstərməkdən əl çəkmişlər.

Mən siz qadınlara səmimi təşəkkürümü bildirirəm. Bu mədəni inqilabın əzələ nümayişi idi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır