6 noyabr 2017 - 15:05
Ərbəin mərasimi 32 ölkədə canlı şəkildə yayımlanacaq

Muhəmməd Əli Ənuşə: Bu il Hüseyn(ə) ərbəini yürüşünü işıqlandırmaq üçün müxtəlif ölkələrdən olan 650-yə yaxın jurnalist və prodüser Kərbəlaya gəlibdir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqda İmam Hüseyn (ə) Ərbəini üzrə virtual mühit və informasiya işçi qrupunun məsul şəxsi deyib ki, Ərbəin mərasimi 32 ölkədə canlı şəkildə yayımlanacaq.

Muhəmməd Əli Ənuşə IRNA ilə müsahibədə əlavə edib: İmam Hüseyn (ə) Ərbəini üzrə virtual mühit və informasiya işçi qrupu öz fəaliyyətinə üç ay bundan öncə Tehranda və İraqda başlanıb və indiyədək İraqın media rəsmiləri, eləcə də Həzrət İmam Hüseyn (ə) və Həzrət Əmirəlmöminin (ə)-ın ziyarətgahlarının məsul şəxsləri ilə iclaslar keçirilibdir.

Muhəmməd Əli Ənuşə sonra deyib: Bu il Hüseyn(ə) ərbəini yürüşünü işıqlandırmaq üçün müxtəlif ölkələrdən olan 650-yə yaxın jurnalist və prodüser Kərbəlaya gəlibdir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır