28 aprel 2017 - 19:50
Mübarək Şəban ayının əməlləri

Hər gün yetmiş dəfə istiğfar etmək «اَسْتَغْفِرُاللهَ وَ اَسْئَلُهُ التَّوْبَةَ» əstəğfirullahə və əsəluhut-toubətə.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, mübarək Şəban ayı hədislərdən əldə olunan məlumata görə həzrəti Rəsulləllaha (səlləllahu əleyhi və alihi və səlləm) məxsus aidır.

Peyğəmbərə (s) məxsus olan bu mübarək ay bərəkətlə doludur.

Bu ayın əməlləri digər mübarək aylar kimi məxsus vaxtla olanıda var, bütün günlərdə müştərək olanı da.

Müştərək əməllər bunlardır:

1. Bu ayda oruc tutmaq.

2. Çoxlu salavat zikr etmək.

3. Sədəqə ehsan etmək, xarım xurma olsa belə, bir təbəssüm olsa belə.

4. Hər gün yetmiş dəfə istiğfar etmək «اَسْتَغْفِرُاللهَ وَ اَسْئَلُهُ التَّوْبَةَ» əstəğfirullahə və əsəluhut-toubətə.

5. Hərgün yetmiş dəfə « اَسْتَغْفِرُاللهَ الَّذى لا اِلهَ اِلاّ هُوَ الرَّحْمنُ الرَّحیمُ الْحَىُّ الْقَیّوُمُ وَ اَتُوبُ اِلَیْهِ» əstəğfirullahə əlləzi lə iləhə illə huvər rəhmənur rəhim. əlhəyyul qəyyum və ətubu ileyhi.

6. Şəbaniyyə münacatını oxumaq (dua kitablarında qeyd edilib).

7. Bu zikri hər gün min dəfə demək. Bu zikirdə min ilin ibadət savabı var: “Lə iləhə illəlləh və lə nə`budu illə iyyəhu muxlisinə ləhuddin və lov kərihəl muşrikun.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır