Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
bazar

3 iyul 2016

14:44:28
763897

Yaxın Şərq Xəbərləri

Xəlifə sülaləsinin qətlə yetirdiyi Şiə qadının dəfn mərasimi aksiyaya çevrildi - Foto

Ali-Xəlifə vəhhabi rejimi tərəfindən öldürülən 42 yaşlı bəhreynli qadın, xalq tərəfindən torpağa tapşırılıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreynə qanunsuz yollarla hakim kəsilmiş vəhhabi əqidəli Xəlifə sülalə rejimi iki gün öncə 3 uşaq anası olan Fəxriyyə Muslimi qətlə yetirərək Şəhid edib.

Vəhhabi rejim, Fəxriyyə Muslimin qəfil terror hadisəsi nəticəsində həyatını itirdiyini irəli sürür. Lakin Bəhreynin siyasi və mədəni aktivistləri onun, maşın sürdüyü zaman aldığı güllə yarasından Şəhid olduğunu deyirlər.

Məlumata görə, ötən gün, Fəxriyyə Muslimin cənazəsi torpağa tapşırılarkən mərasim iştirakçları “Zillət bizdən uzaqdır”, “Allah səndən daha böyükdür ey Həmd”, “Bu cinayətin məsuliyyətini Həmd daşıyır” şüarlarını səsləndiriblər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır