Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Aran Nyus
şənbə

30 mart 2013

19:30:00
404661

Ermənilərin Şuşada Talış radiosunun açmasına əliyevlər rejimi səbəbkardır

Famil Cəfərov: Şuşada Talış radiosunun açılması hökümətin Talışlarla bağlı olan naşı siyasətidir

Erməni işğalçılarını bu işə təhrik edən Azərbaycan hökümətinin Talışlarla bağlı olan naşı siyasətidir. Qarabağda qəhrəmanlıqla döyüşən Talış Xalqının Alim Övladı Novruzəli Məmmədovun zindanda öldürülməsi və Hilal Məmmədovun həbs edilməsi, həmçinin Talış dilində radionun olmaması ermənilərə bəhanə verir ki, bu naşı siyasətdən sui-istifadə etsinlər".

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Azərbaycanın işğal altında olan torpaqlarında, Şuşada ermənilərin dəstəyi ilə “Talış radiosu” açılma ila bağlı Rusiyada yaşayan, Dini təşkilata rəhbərlik edən, əslən Azərbaycanın Talış bölgəsindən olan tanınmış ilahiyyatçı Famil Cəfərov İslamazeri.az-a münasibət bildirib.

Famil Cəfərov radio məsələsini təxribat adlandıraraq deyib: "Əlbəttə işğal olunmuş Azərbaycan ərazisində radio açmaq siyasi məqsəd güdür. Şuşa işğal olunanda son anlarda özünü tank altına atıb şəhid olan məhz Talış Xalqının Mübariz Oğullarından biri olub. Həm də Qarabağda Talışların xüsusi canfəşanlıqla döyüşüb müqavimət göstərdiklərini yaxşı bilən ermənilər bilərəkdən bu addıma əl atıblar. Buna onları təhrik edən Azərbaycan hökümətinin Talışlarla bağlı olan naşı siyasətidir. Qarabağda qəhrəmanlıqla döyüşən Talış Xalqının Alim Övladı Novruzəli Məmmədovun zindanda öldürülməsi və Hilal Məmmədovun həbs edilməsi, həmçinin Talış dilində radionun olmaması ermənilərə bəhanə verir ki, bu naşı siyasətdən sui-istifadə etsinlər".

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır