1166. Qonaq qəbul etməyin qaydası 3786. Allahın Peyğəmbəri (s): «Kim Allahın və Onun rəsulunun (s) məhəbbətini qazanmaq istəyirsə, öz qonağı ilə birgə yemək yesin». (Tənbihul-xəvatir, c.2, səh.116) 3787. Allahın Peyğəmbəri (s): «Sizlərdən biriniz qonaq dəvət olunanda övladını özü ilə aparmasın. Əgər belə etməsə, haram iş görmüşdür və itaətsizliklə dəvət edənin evinə daxil olmuşdur». (əl-Məhasin, c.2, səh.181, hədis 1515) 3788. Allahın Peyğəmbəri (s): «Qonağı iki gecə qəbul edərlər. Üçüncü gecədən ailə üzvündən sayılar və evə hər nə ruzi gəlsə, ondan yeyər». (əl-Kafi, c.6, səh.283, hədis 1) 3789. Allahın Peyğəmbəri (s): «Qonaq qəbul etmək bir gün, iki gün, üç gündür. Ondan sonra ona hər nə versən sədəqə sayılar». (əl-Kafi, c.6, səh.283, hədis 2) 3790. Allahın Peyğəmbəri (s): «Qonaqlıq vermək bir gün haqdır, ikinci gün ehsandır. İki gündən sonra riya və şöhrət axtarmaq hesab olunur». (əl-Kafi, c.5, səh.368, hədis 4) 3791. İmam Baqir (ə): «Sizlərdən biriniz qardaşının evinə daxil olan zaman ev sahibinin göstərdiyi yerdə otursun. Çünki ev sahibi öz otağının vəziyyətini qonaqdan yaxşı bilir». (Biharul-ənvar, c.75, səh.451, hədis 2) 3792. İbn Əbi Yəfur: «İmam Sadiqin (ə) evində bir qonaq gördüm. Bir gün o, durub iş görmək istədi. Həzrət (ə) ona icazə vermədi və şəxsən özü o işi yerinə yetirərək buyurdu: Allahın Rəsulu (s) qonağa iş gördürməyi qadağan etmişdir». (əl-Kafi, c.6, səh.283, hədis 1)
17 iyul 2010 - 19:30
Xəbər kodu: 186609
Allahın Peyğəmbəri (s): «Kim Allahın və Onun rəsulunun (s) məhəbbətini qazanmaq istəyirsə, öz qonağı ilə birgə yemək yesin»