15 iyun 2024 - 07:01
İmam Xamenei həzrətlərinin Allah Evini ziyarət edən Hacılara Mesajı / 2024-1445

Builki Bəraət mərasimi həcc mərasimindən əlavə, digər müsəlman ölkələrində, müsəlmanların yaşadıqları şəhərlərdə, eləcə də dünyanın sair yerlərində də keçirilməli və həcc ziyarətindən kənarda olan şəxslərə də şamil edilməlidir.

İslam İnqilabının Rəhbərinin Allah Evini ziyarət edən Hacılara Mesajı

Bağışlayan və Mehriban Allahın Adı ilə
Aləmlərin Rəbbi olan Allaha həmd olsun, Qiyamət gününə qədər Allahın Salamı və xüsusi Bərəkəti ağamız həzrət Muhəmməd və onun məsum Əhli-beytinə, onun seçilmiş səhabələrinə və səhabələrdən gözəl şəkildə təbəiyyət edən ardıcıllarına olsun.

Həcc mövsümündə Allahın əmri ilə bütün insanları Kəbə Evinə dəvət edən həzrət İbrahimin valehedici nəğməsi bu il də bir qrup dünya müsəlmanlarının qəlbini Tövhid və Vəhdət bazası olan Kəbə Evinə cəlb etmiş, müxtəlif sinif insanlardan ibarət olan bu möhtəşəm ictimanı yaratmış və insanlığın vüsətini, İslamın mənəvi amilliyinin qüdrətini yadlara göstərir.

Diqqət və tədbirlə məsələyə baxıldıqda həccin mürəkkəb ayin və əzəmətli toplantısı müsəlmanlar üçün qəlb qüvvəsi və səadət mənbəyi, düşmən və bədxahlar üçün isə qorxunc və heybətlidir. Allah tərəfindən vacib buyurulmuş Həccin bu hər iki cəhətinin İslam ümmətinin düşmənləri və bədxahları tərəfindən ya dini və siyasi fərqləri önə çəkməklə, ya da müqəddəs və mənəvi cəhətlərini yox etməklə, aradan aparmaq, inkar etmək və şübhə altına salmaq istəkləri heç də təəccüblü deyil.

Quran həcci bəndəlik, zikr və təvazökarlığın təzahürü, bütün insanların yeksan ləyaqətə sahib olmalarının göstəricisi, insanın maddi və mənəvi həyatının təşkilinin simvolu, bərəkət və hidayət rəmzi, düşmənlər qarşısında iqtidarla müqavimət göstərib, onların sültəsindən azad olmağın amili kimi müəyyən etmişdir.

Həcclə bağlı ayələrə diqqət yetirsək və bu vacib əməlin özünəməxsus ayin və mərasimləri üzərində düşünsək, bu və bu kimi sirlər və rəmzlər həccin mürəkkəb tərkibinə dəlalət etdiyini göstərər.

Siz! Həccə gedən qardaş və bacı zəvvarlar! İndi sizlər bu həqiqət və təlimləri tətbiq etmək mərhələsindəsiniz. Fikirlərinizi və hərəkətlərinizi ona daha da yaxınlaşdırın və bu möhtəşəm maarif və ali dəyərlərlə bərpa etdiyiniz şəxsiyyətlə evinizə qayıdın. Bu sizin Həcc ziyarətinizin əsl qiymətli sovqatıdır.

Bu ilin bəraət-düşmən sültəsindən azad olmaq-məsələsi əvvəlki illərdən daha qabarıqdır. Müasir tarixdə görünməmiş bir hadisə olan Qəzzə faciəsi, qəddarlıq və zorakılığın təzahürü olan və təbii ki, tənəzzül etmək üzrə olan təkəbbürlü və qəddar sionist rejim heç bir müsəlman şəxs, partiya və ya hökumət üçün düşünməyə və barışmağa yer qoymayıb. Builki Bəraət mərasimi həcc mərasimindən əlavə, digər müsəlman ölkələrində, müsəlmanların yaşadıqları şəhərlərdə, eləcə də dünyanın sair yerlərində də keçirilməli və həcc ziyarətindən kənarda olan şəxslərə də şamil edilməlidir.

Sionist rejim və onun havadarlarının, xüsusən də Amerika Birləşmiş Ştatları hökumətinin sültəsindən azad olub bəraət edilməsi məsələsi gərək ki, xalqların və hökumətlərin danışıqlarında, hərəkətlərində özünü göstərməli və cəlladlar üçün meydanı daraltmalıdır.

Fələstinin polad müqaviməti və  dünyanın təqdir və hörmətini qazanmış səbirli və məzlum Qəzzə xalqı hərtərəfli dəstəklənməlidir.

Allahdan onlara tez bir zamanda tam qələbə çalmaqlarını, siz dəyərli  zəvvarların Həcc ziyarətinizin qəbul edilməsini diləyirəm. İmam Zaman (ruhi fədahu) həzrətlərinin qəbul edilən duası sizə kömək olsun.

Vəs-səlamu əleykum və rəhmətullah
Seyid Əli Xamenei
4 Zil-Hiccə 1445