Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

17 fevral 2024

17:50:00
1438526

Makron: Fələstin dövlətinin tanınması artıq bizim üçün tabu deyil (J)

Qeyd edək ki, əksər inkişaf etməkdə olan ölkələr Fələstini bir ölkə kimi tanısa da, Qərbi Avropa ölkələrinin əksəriyyəti hələ bunu etməyib və müstəqil Fələstin dövlətinin İsraillə danışıqlar apararaq yardılması barədə inadkarlıq edirlər; Bu arada İsrail isə bu məsələ ilə bağlı heç bir danışıqlara razı deyil.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Fransa prezidenti Emmanuel Makron Fələstin dövlətinin tanınmasının artıq Paris üçün tabu olmadığını söyləyib. O deyib ki, İsrailin müxalifəti səbəbiylə iki dövlətli həll səylərinin dayandırılacağı təqdirdə Fransa bu mövzuda müstəqil hərəkət edə bilər.

Fransanın Fələstini real danışıqlar olmadan birtərəfli qaydada tanıması meydan situasiyasında dəyişliyə səbəb olmasa da, lakin onun mühüm simvolik və diplomatik çəkisi olacaq.

Sionist rejimin baş naziri Benyamin Netanyahu Fələstinin suverenliyinə qarşı olduğunu açıqlayıb və bildirib ki, o, İsrailin Fələstin ərazilərində tam təhlükəsizliyə nəzarəti məsələsində güzəştə getməyəcək və müstəqil Fələstin dövlətinin yaradılmasının əleyhinədir.

2014-cü ildə fransalı qanunvericilər ölkə parlamentində ölkə hökumətini Fələstini tanımağa çağıran təklifə səs verdilər, bu simvolik hərəkət Fransanın diplomatik mövqeyinə az təsir etdi. Makronun bununla bağlı açıqlaması isə ilk dəfədir ki, Fransa lideri belə bir çıxış edir.

İordaniya kralı Abdullahı qonaq edən Makron bununla bağlı deyib:

“Bölgədəki tərəfdaşlarımız, xüsusilə İordaniya bu məsələ üzərində işləyir və biz bu istiqamətdə əməkdaşlıq edirik. Biz bu məsələdə Avropada və Təhlükəsizlik Şurasında kömək etməyə hazırıq. Fələstin dövlətinin tanınması tabu deyil.”

Qeyd edək ki, əksər inkişaf etməkdə olan ölkələr Fələstini bir ölkə kimi tanısa da, Qərbi Avropa ölkələrinin əksəriyyəti hələ bunu etməyib və müstəqil Fələstin dövlətinin İsraillə danışıqlar apararaq yardılması barədə inadkarlıq edirlər; Bu arada İsrail isə bu məsələ ilə bağlı heç bir danışıqlara razı deyil.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!