Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : SAHAR TV
çərşənbə axşamı

28 noyabr 2023

14:00:00
1415606

İran sionist rejimin Qəzzədə kimyəvi silahdan istifadəsinin araşdırılmasını tələb etdi

Noyabrın 27-də Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının Niderlandın Haaqa şəhərindəki qərargahında Kimyəvi Silahlara dair Konvensiyaya üzv dövlətlərin Konfransının 28-ci iclası öz işinə başlayıb.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: İran Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq məsələlər üzrə müavini sionist rejimin Qəzzada kimyəvi silahdan istifadə etməsi mümkünlüyünün araşdırılmasını tələb edib.

Noyabrın 27-də Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının Niderlandın Haaqa şəhərindəki qərargahında Kimyəvi Silahlara dair Konvensiyaya üzv dövlətlərin Konfransının 28-ci iclası öz işinə başlayıb.

Məlumata görə, Rza Nəcəfi təşkil edilmiş bu konfransda sionist rejimin məzlum və müdafiəsiz Fələstin xalqına qarşı cinayətlərini pisləyərək, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatından və beynəlxalq qurumlardan, sionist rejimin Qəzzədə kimyəvi silahların, xüsusilə sinir-paralitik maddəli silahların istifadəsi ilə bağlı təhqiqat və araşdırmaların aparılmasını tələb edib.

Nəcəfi soyqırım, müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və İsrail rejimi tərəfindən təcavüz cinayəti kimi dörd əsas beynəlxalq cinayətin törədilməsinə səbəb olan bu xunta rejimi və onun havadarlarının beynəlxalq məsuliyyətə cəlb edilərək ədalətlə mühakimə edilməsinin lazımlığını vurğulayıb.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!