Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

28 sentyabr 2023

14:00:00
1396405

İİR XİN sözçüsü Hollandiyada Qurani-Kərimin təhqir olunmasını qətiyyətlə pislədi

Son aylar İsveç, Danimarka və s Avropa ölkələrində Qurani-Kərimə qarşı təhqirlər dəfələrlə təkrarlanıb və İslam ölkələrinin və beynəlxalq təşkilatların etiraz reaksiyalarına baxmayaraq, bu satanist addım bilərəkdən davam etdirilir.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Hollandiya satanist rejimində Qurani-Kərimin təhqir olunmasının təkrarlanmasını qətiyyətlə məhkum edib.

Nassir Kənani deyib: “Hollandiya hökumətindən gözləntimiz dünyanın iki milyarddan çox müsəlman əhalisinin dini dəyərlərinin və müqəddəslərinin təhqir olunmasının qarşısını almaq və “ifadə azadlığı” adı altında həyata keçirilən bu cür mənfur hərəkətlərin təkrarlanmasına yol verməməsi kimi üzərinə düşən məsuliyyəti dərk etməsini gözləyirik.”

Qeyd edək ki, “Pegida” kimi tanınan anti-islam qruplaşmasının lideri sentyabrın 22-i şənbə günü Türkiyənin Hollandiyadakı səfirliyi qarşısında iyrənc hərəkət edərək növbəti dəfə Qurani-Kərimi cırıb.

Son aylar İsveç, Danimarka və s Avropa ölkələrində Qurani-Kərimə qarşı təhqirlər dəfələrlə təkrarlanıb və İslam ölkələrinin və beynəlxalq təşkilatların etiraz reaksiyalarına baxmayaraq, bu satanist addım bilərəkdən davam etdirilir.

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!