Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : SAHAR TV
cümə axşamı

21 sentyabr 2023

13:30:00
1394918

Nikol Paşinyanın İstefaya getmək fikri yoxdur

Baş nazirin bu açıqlamasından sonra meydandakı təhlükəsizlik qüvvələri etirazçılara qarşı daha sərt tədbirlərə keçiblər.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Ermənistanın baş naziri Nikol Paşinyan tərəfdarlarına istefaya getməyəcəyini bildirib. Bu barədə "Hraparak" qəzeti yazıb.

Nəşr qeyd edib ki, ötən gecə hökumət binası yaxınlığında etiraz aksiyaları fonunda Paşinyan tərəfdaşları ilə görüşüb onlara istefa verməyəcəyini və nəyin bahasına olursa-olsun hakimiyyəti saxlayacağını bəyan edib. Baş nazirin bu açıqlamasından sonra meydandakı təhlükəsizlik qüvvələri etirazçılara qarşı daha sərt tədbirlərə keçiblər.

Xatırladaq ki, sentyabrın 19-da Azərbaycan Respublikası ordusu öz suveren ərazisində separatçı ermənilərə qarşı antiterror əməliyyatlara başladıqdan sonra Ermənistan baş naziri Nikol Paşinyan dolayısı ilə bildirdi ki, bu əməliyyatın və Qarabağda gedən hadisələrin Ermənistana aidiyyatı yoxdur. Nikol Paşinyanın bu mövqeyi bəzi revanşist cərəyanların İrəvanda kütləvi etiraz aksiyaları keçirməsinə səbəb oldu. Etirazçılar Ermənistan hökumət başçısını qonşu ölkənin suverin ərazilərində gedən antiterror əməliyyatlarına hərbi müdaxilə etmədiyinə görə dövlətə xəyanətdə ittiham edərək istefasını tələb edirlər.

Azərbaycan Respublikası prezidenti İlham Əliyev dünən axşam televiziyadan xalqa etdiyi müraciətində Nikol Paşinyanın Qarabağda gedən antiterror əməliyyatı barədəki mövqeyini müsbət qiymətləndirdi.

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi  Nasir Kənani də bu gün bir bəyanatda Azərbaycan Respublikası dövləti ilə Qarabağ ermənilərinin nümayəndələri arasındakı razılaşmanı müsbət qiymətləndirərək bildirib ki, İran İslam Respublikası qalan məsələlərin Azərbaycan Respublikası ərazi bütövlüyü çərçivəsində dinc mexanizmlərlə və dialoq yolu ilə həll olunacağını gözləyir. Kənani xatırladıb ki, artıq bunan sonra toqquşmalara səbəb qalmır və ümid edirik bundan sonra regionda heç bir müharibənin şahidi olmayacağıq.

İran Xarici İşlər Nazirliyinin sözçüsü sentyabrın 19-da Azərbaycan Respublikası ordusunun Qarabağda separatizmə qarşı əməliyyatlarına münasibət ibldirərkən də İranın prinsipial mövqelərini bir daha vurğulamışdı. O bildirib ki, İran İslam Respublikası Qarabağı Azərbaycan Respublikasının bir hissəsi hesab edir və Qarabağ barədə mövcud bütün məsələlərin, eləcə də orada yaşayan sakinlərin hüquq və təhlükəsizlik məsələlərinin bu çərçivədə və dialoq yolu ilə həll edilməsinə çağırır.

Kənani bir daha region ölkələrinin münaqişələrin sülh yolu ilə həllinə kömək edilməsini vurğulamış və İran İslam Respublikasının bu sahədə 3+3 formatında görüş keçirməyə hazır olduğunu xatırladıb.

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!