Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ابنا
bazar ertəsi

31 iyul 2023

13:31:00
1383875

Avstraliyalı mütəfəkkir Deyrani: Quranın təhqir edilməsinin pərdə arxasında sionizm durur

Dünya mediası tərəfindən İslamı zorakılıq dini kimi tanıtmaq, Qərb, Ərəb və İslam ölkələrində yaşayan müsəlmanları terrorda ittiham etmək İslama və müsəlmanlara qarşı təşkil edilən qlobal müharibənin tərkib hissəsidir.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Avstraliyalı mütəfəkkir Deyrani ABNA Xəbər Agentliyinə verdiyi eksklüziv müsahibəsində bildirib: “Qurani-Kərimi təhqir etmək Avropa ölkələrində bəzi dövlət və təhlükəsizlik orqanlarının dəstəyi və nəzarəti ilə həyata keçirilir və bu iyrənc cinayəti törədən şəxslərə dəstək verilir.

Bu aksiya, ilk növbədə İslam ölkələrinin və müsəlmanların reaksiyasını və bu müqəddəs kitaba bağlılıq səviyyəsini öyrənməyə çalışan qlobal sionizmlə bağlı bir layihədir.

...Müsəlmanların müqəddəs saydıqları atributları təhqir etmək beynəlxalq kəşfiyyat xidmətləri və sionist rejimin siyasətlərini ehtiva edən bir üsuldur ki, ilk növbədə İslam ölkələrinin və müsəlmanların reaksiyasını və bu müqəddəs kitaba bağlılıq səviyyəsini öyrənməyə çalışırlar.

Əks halda, Quranın müdafiəsinə qalxan iraqlı qadına Danimarka polisinin hücumu necə əsaslandırıla bilər? O, iraqlı qadın Quranı bədxahların və təhqir edənlərin əlindən aldı, amma Danimarka təhlükəsizlik polisi qadına hücum edib, Quranı onun əlindən alıb cinayətkarlara qaytardı ki, qoy onlar sərbəst bu müqəddəs kitabı təhqir edib yandırsınlar...

Hansı bir müsəlmanın Avropada üzdəniraq “lgbt” bayrağını yandırmağa cəsarəti çatır? Əgər müsəlmanlardan biri bunu etsəydi, polis onunla necə davranardı?...”

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!