Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

16 iyul 2023

18:30:00
1379868

“Walla” xəbər saytı yayımladığı bir xəbərdə Benyamin Netanyahunun xəstəliyinin fəsadlarına işarə edərək, onun yoxluğunda kabinet fəaliyyətini həyata keçirmək üçün özünə müavin belə seçmədiyini vurğulayıb.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Uşaq qatili sionist İsrail rejiminin baş naziri Benyamin Netanyahunun fiziki vəziyyətinin pisləşməsi və xəstəxanaya köçürülməsindən sonra "Walla" xəbər saytı Netanyahunun iclaslara getməməsi və vəzifəsini yerinə yetirə bilməyəcəyi təqdirdə özünə müavin seçməli olacağı barədə məlumat yayıb.

“Arabi21” analitik xəbər saytının məlumatına görə, Valla saytı hesabatının girişində yazıb:

“Netanyahunun dünən Qeysəriyyədəki evində huşunu itirərək xəstəxanaya yerləşdirilməsi və baş nazir vəzifəsini davam etdirə bilməyəcəyi təqdirdə Təl-Əviv kabinetinin iş prosesinin necə olacağı sualını doğurur?

Sionist xəbər saytı əlavə edib:

“Əsasən İsraildə “Baş nazirin nəzarətçisi” deyilən, “baş nazirin müavini”nin əksi olan bir vəzifə var; Bu ikinci vəzifənin hüquqi mənası var və xəstələndiyi, ölkədə olmadığı və ya öldüyü halda bu titula sahib olan şəxsin baş nazir vəzifəsini tutacağı nəzərdə tutulur.

Bununla belə, ötən ilin martında Knesset tərəfindən qəbul edilmiş tibbi istefa qanununa əsasən, “tibbi səbəblərə görə yalnız baş nazir istefasını elan edə bilər və əgər istefasını elan edə bilməsə, hökumət kabinetində və Knessetdə səsə qoyulacaq. İstənilən baş nazirin istefası üçün kabinet nazirlərinin dörddə üç səs çoxluğu və Knesset komitəsi üzvlərinin üçdə ikisinin səsi lazımdır.”

Bu hesabatın başqa bir hissəsində deyilir:

Netanyahu son illər özünə müavin təyin etməyib. Bu görə də, həkim qadağası səbəbdən o, vəzifələrini yerinə yetirməyə qadir olmazsa, onun vəzifələrini yerinə yetirən müavinin seçilməsi üçün dərhal hüquqi cavab yoxdur.

Vallanın təhlilinin davamında oxuyuruq ki, işğalçı İsrail rejimin konstitusiyasına görə, “əgər baş nazir müvəqqəti olaraq öz vəzifəsini yerinə yetirə bilmirsə və nazirlərdən heç birinin baş nazir səlahiyyətlərini icra edən ünvanı yoxdursa, hökumət iclas keçirməli və nazirlər arasından baş nazir səlahiyyətlərini icra edən şəxsi seçməlidir. "

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!