Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

16 iyul 2023

17:58:44
1379862

Pentaqonun keçmiş müşaviri D. Makqreqor: Ukrayna müharibəsi gec-tez Rusiyanın tələblərinə uyğun bitəcək

ABŞ müdafiə nazirinin keçmiş müşaviri Makqreqor daha sonra vurğulayıb: “Hazırda Rusiya Vaşinqtonun düşündüyündən qat-qat güclü olub, ona görə də Moskva münaqişənin bitməsinin şərtlərini müəyyən edəcək tərəf olacaq”.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, ABŞ müdafiə nazirinin keçmiş müşaviri Duqlas Makqreqor bildirib ki, Vaşinqton gec-tez Rusiyanın tələbləri ilə Ukraynadakı müharibəyə son qoyacaq və Ukrayna prezidenti Vladimir Zelenskinin maraqlarına məhəl qoymayacaq.

O, bu sözləri müsahibəsi zamanı deyib: “ABŞ prezidenti Moskvaya mesaj göndərərək bütün hərbi birləşmələrin geri çəkiləcəyini və Ukrayna silahlı qüvvələrinə silah-sursatın çatdırılmasının dayandırılacağını bildirəndə Ukraynada müharibə başa çatacaq”.

ABŞ müdafiə nazirinin keçmiş müşaviri əlavə edib: “Ukrayna böhranının nəticəsini Rusiya və ABŞ arasında danışıqlar müəyyən edəcək”.

Makqreqor dedi: “Ağ Ev, Zelenskinin gözləntilərinin əksinə olaraq, Ukraynanın itirdiyi torpaqların Rusiya torpaqlarına çevrildiyini anlayacaq”.

O əlavə etdi: “Zelenskinin ən çox qorxduğu budur, çünki bu, Zelenskiyə verilən bütün vədlərə ziddir, məhz bu vədlərə görə də bir çox ukraynalı onu ölkə daxilində dəstəkləyib”.

Pentaqonun sabiq müşaviri hesab edir ki, Ukrayna prezidenti çox çətin vəziyyətdədir, çünki Ukrayna qüvvələri ağır itkilər verib və hazırda xarabalığa çevrilib.

Makqreqor daha sonra deyib: “Hazırda Rusiya Vaşinqtonun düşündüyündən qat-qat güclü olub, ona görə də Moskva münaqişənin bitməsinin şərtlərini müəyyən edəcək tərəf olacaq”.

Qeyd edək ki, bundan əvvəl Qərb ölkələrinin mətbuatı Ukraynanın əks-hücumlarının ilk iki həftəsində Kiyevin döyüş meydanına göndərdiyi silahların ən azı 20%-nin məhv edildiyini açıqlamışdı.

Amerika və Avropa rəsmilərinin adı çəkilən bu hesabatda belə deyilir:

“Ukraynanın sərt əks-hücum əməliyyatının başladığı ilk iki həftə ərzində Kiyevin döyüş meydanına göndərdiyi silahların 20 faizə qədəri məhv edilib, o cümlədən Qərb ölkələrindən bir sıra zirehli transportyorlar, tanklar və zirehli maşınlar”.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!