Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

11 iyul 2023

13:00:00
1378739

Almaniyanın Baden-Vürtemberq əyalətinin Maulbrunn qəsəbəsindəki Memar Sinan Məscidinin müşahidə kameraları avtomobil idarə edən sürücü tərəfindən yandırılmış Quranın Məscid qarşısına atması qeydə alınıb.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən,  Almaniyanın “Islam Echo” saytı bu ölkənin cənub-qərbində yerləşən Məscidin qarşısında Qurani-Kərimin təhqir olunduğunu bildirib.

Şənbə günü səhər Almaniyanın Baden-Vürtemberq əyalətinin Maulbrunn şəhərindəki Memar Sinan Məscidinin müşahidə kameraları avtomobil idarə edən sürücü tərəfindən yandırılmış Quranın Məscid qarşısına atması qeydə alınıb.

Sübh namazını qılmaq üçün Məscidə gedən insanlar bu yandırılmış Quranla qarşılaşıblar və kamera görüntülərinə baxdıqdan sonra polisə şikayət ediblər.

Alman polisi, avtomobilin dövlət nömrə nişanını kameralar vasitəsilə müəyyən etməyin mümkün olmadığını, eyni zamanda polisin məsələni araşdırdığnı açıqlayıb.

Mərkəzi ofisi Kölndə olan və müsəlman icması ilə bağlı xəbərləri almanca dərc edən İslam Echo xəbər saytının məlumatına görə, 2022-ci ildə Almaniyada müsəlmanlara və İslam mərkəzlərinə 569 hücum edilib.

Qeyri-rəsmi statistikaya görə, bu ölkədə 4,7 milyona yaxın müsəlman yaşayır.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!