Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

10 iyul 2023

14:30:00
1378488

İİR XİN Nazirliyinin sözçüsü N. Kanani: Vaşinqtonun qəti niyyəti Ukraynada müharibəni davam etdirmək və mocud durumu çətinləşdirməkdir

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü: ABŞ-ın Ukraynaya kaset bombaları göndərmək qərarı Vaşinqtonun Ukraynada müharibəni davam etdirmək və vəziyyəti daha da çətinləşdirmək əzmində olduğunu göstərir.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Amerikanın Ukraynaya kaset bombaları göndərmək qərarına reaksiya verən İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani virtual səhifəsində yazıb: “ABŞ-ın Ukraynaya kaset bombaları göndərmək qərarı Vaşinqtonun Ukraynada müharibəni davam etdirmək və çətinləşdirmək əzmində olduğunu göstərir.”

O, bildirib: “Bu addım Amerikanın dünyada sabitliyi pozan hərəkətlərinə, eləcə də heç bir fərq qoymadan daha çox insanların qətl edilməsi və məhv olmasına səbəb olan silahları ixrac etdiyinə daha bir açıq nümunədir.”

Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan təsdiqləyib ki, Vaşinqton Kiyevə kaset sursatları ötürəcək.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!