Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

3 iyun 2023

09:30:00
1370882

Priqojin: Belə gedərsə biz Belqorod vilayətinə gəlib rus xalqımızı qoruyacağıq

Priqojin: “...Dəvət gözləməyəcəyik və icazə istəməyəcəyik. Yeganə odur ki, sursat tələb edəcəyik, onlarsız gəlmək faydasızdır”.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, ÇVK Vagner qruplaşmasının təsisçisi Yevgeni Viktoroviç Priqojin ukraniya terrorçularının Belqorad vilayətinə etdikləri basqınlar müqabilində Rusiya Müdafiə Nazirliyinin gördükləri işlərdən narazı olduğunu bildirib.

Bu haqda teleqram kanalında bildirilib.

“Müdafiə Nazirliyi yaxın gələcəkdə Rusiya Federasiyasının ərazilərini ələ keçirmək üçün davam edən qanunsuzluğu dayandırmasa, biz Belqorod vilayətinə gəlib rus xalqımızı qoruyacağıq.

Vurğulayıram ki, biz xalqımızı qoruyacağıq, o cümlədən ruslar, dağıstanlılar, çeçenlər və etnik ukraynalıları.

Dəvət gözləməyəcəyik və icazə istəməyəcəyik.

Yeganə odur ki, sursat tələb edəcəyik, onlarsız gəlmək faydasızdır”.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!