Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

1 iyun 2023

16:30:00
1370501

Alman Miqrasiya Araşdırmaları Mərkəzinin məlumatına görə, alman cəmiyyətinin əksəriyyəti müsəlmanlara qarşı ayrı-seçkiliyi irqçi kimi xarakterizə etməkdə çətinlik çəkir və buna görə də qaradərililərə və yəhudilərə qarşı ayrı-seçkiliyi pislədikləri qədər bunu pisləmirlər.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Almaniyanın şimalındakı Göttingen şəhərində Türk İslam Birliyinə aid bir Məscid müsəlmanların qırğınla təhdid edildiyi "NSU 2.0" (Milli Sosialist Yeraltı Terror Təşkilatı) tərəfindən imzalanmış təhdid mesajı aldığını açıqlayıb. Bu mesajda deyilir:

  “İslamı tamamilə məhv edin! Bu çox çəkməyəcək, almanlar sizlə üzləşəcəklər.”

Bu hadisə Almaniyanın şimalında Aşağı Saksoniyada yerləşən bu şəhərin müsəlmanları arasında geniş panikaya səbəb olub. Bununla bağlı Məscidlər birliyinin rəhbəri Məhəmməd İbrahim cümə axşamı verdiyi açıqlamada Göttingen müsəlmanlarının narahat olduğunu bildirib. O, sosial şəbəkələrdəki hesabları vasitəsilə müsəlmanlardan baş verən hadisə ilə bağlı məntiqli olmalarını istəyib.

Məhəmməd İbrahim əlavə edib:

  “Məscidlər Mərkəzi bu barədə polisə məlumat verib və şikayət edib. Dindarların ibadətlərini rahat və təhlükəsiz şəkildə yerinə yetirmələri üçün hər cür şərait yaradılıb.”

Ancaq təəssüflə bildirmək lazımdır ki, Göttingen Məscidində baş verənlər 6 milyona yaxın müsəlmanın yaşadığı Almaniyada müsəlmanlara qarşı nifrətinin son dərəcədə olduğundan başqa bir şey deyildir. Bu da, Almaniyada bu hadisənin miqyası və müxtəlif formaları ilə bağlı müxtəlif sualların yaranmasına səbəb olur.

Almaniyada əksəriyyəti mühacir olan 6 milyona yaxın Müsəlman yaşayır, lakin bu ölkədə Müsəlman azlığına qarşı nifrət geniş yayılıb. Bunu Almaniya parlamentinin 2022-ci ilin payızında Berlin sakinləri üzərində apardığı və dinə görə irqi ayrı-seçkiliyi, xüsusən də Müsəlman icmasını hədəf alan araşdırmaya əsaslanan hesabatı üzə çıxarıb.

Tədqiqat əlavə edir ki, bütün immiqrantlar kimi, müsəlmanlar üçün işlə təmin olunmaqda maneələr, istisna tətbiqetmələr və struktur ayrı-seçkiliyi mövcuddur. Statistik rəqəmlərə gəlincə isə, hesabatda sorğulanan almanların üçdə birinin məhz müsəlmanlara qarşı nifrət dolu münasibət ifadə etdiyi məlum olub.

Bu rəqəmləri İrqçiliyə Qarşı Avropa Şəbəkəsinin (ENAR) başqa hesabatı da təsdiqləyir. Belə hesabatın bildirdiyinə görə, alman Müsəlmanlarının 53 faizi belə düşünür ki, işəgötürənlər dini plüralizmə və İslami həyata hörmət etmirlər. Eləcə də 2019-cu ildə dərc edilən araşdırmada almanların 57%-i İslamı ölkə üçün təhlükə hesab edib.

2021-ci ildə Berlin məktəblərində ayrı-seçkiliyə dair aparılan araşdırmada müsəlman tələbələrin 78 faizi digər dinlərə mənsub həmyaşıdları ilə müqayisədə ayrı-seçkiliyə məruz qaldıqlarını, xüsusən də hicablı qızlar mənfi reaksiyalar və təhqiredici ifadələr ilə üzləşdiklərini bildirdilər. Müsəlmanların nifrətdolu ifadələr ilə üzləşməsi Almaniya elmi heyət üzvləri, müəllim və professorları tərəfindən həyata keçirilir.

Bir çox hallarda müsəlmanlara qarşı bu nifrət Almaniyada özünə zorakı formalar alır, belə ki, Almaniyanın daxili statistikasına görə, 2022-ci ildə 610 islamafobiya cinayəti qeydə alınıb ki, bunun da təxminən 338-i ilin son üç ayında baş verib. Bu cinayətlər zamanı 39 nəfər yaralanıb, 62 Məscidə hücum edilib.

Bu nifrət təkcə vətəndaşlarla məhdudlaşmır, siyasi institutlara da sirayət edir. Bunu Almaniya Müsəlmanları Mərkəzi Şurasının baş katibi Əbdül Səməd Əl-Yəzidi DW-yə açıqlamasında deyib.

O, bildirib: “İslamofobiya Bundestaqda, eləcə də əyalət parlamentlərində adi hala çevrilib.  Faşistlərin həmçinin mövcud demokratik partiyaların nümayəndələrinin etdiyi çıxışları, daim təkrarlanır ki, sağ cinahın tərəfdarlarından səs ala bilsinlər. Necə deyərlər: Bulanıq sulardan balıq tuturlar.”

Almaniyanın daxili işlər naziri Nensi Fesser 2022-ci il üçün nifrət cinayətləri ilə bağlı rəqəmləri açıqlayarkən, müsəlmanlara qarşı nifrət hücumlarının, xüsusilə də əksəriyyəti müsəlman olan, Almaniyada sığınacaq axtaran şəxslərə qarşı hücumların artmasının həyəcan verici olduğu barədə xəbərdarlıq edərək bildirib:

  “Müharibədən və terrordan qaçıb ölkəmizdə himayə olunan insanlara hücum etmək çox qeyri-insanidir.”

Bu xəbərdarlıqlara baxmayaraq, müşahidəçilər hesab edir ki, alman cəmiyyəti müsəlmanlara qarşı nifrət cinayətlərinə tez-tez göz yumur. Alman Miqrasiya Araşdırmaları Mərkəzinin məlumatına görə, alman cəmiyyətinin əksəriyyəti müsəlmanlara qarşı ayrı-seçkiliyi irqçi kimi xarakterizə etməkdə çətinlik çəkir və buna görə də qaradərililərə və yəhudilərə qarşı ayrı-seçkiliyi pislədikləri qədər bunu pisləmirlər.

Hesabatda belə nəticəyə gəlinir ki, Almaniya hökuməti müsəlmanlara qarşı sosial nifrət və ayrı-seçkiliyə məhəl qoymamaq məsuliyyətinin bir hissəsini daşıyır, çünki Mərkəzi Müsəlman Şurasının baş katibinin təsdiq etdiyi kimi, onlar cəmiyyət arasında maarifləndirmə işini kifayət qədər icra etmirlər.

  “Almanlar müsəlmanlara qarşı irqçilik probleminin olduğunu etiraf etmək istəmirlər və müsəlmanlar bunu dərindən hiss edirlər.” – deyə Əbdül Səməd Əl-Yəzidi bildirib.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!