Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə axşamı

1 iyun 2023

15:48:44
1370459

ABŞ Ukraynaya daha 300 milyon dollarlıq hərbi texnika göndərir

Amerika/ müharibədə Rusiyaya qarşı istifadə etməsi üçün Ukraynaya üç yüz milyon dollarlıq yeni hərbi paket göndərməyi nəzərdə tutub. Rusiyanın ardıcıl xəbərdarlıqlarına rəğmən, Amerika bu barədəki qərarını açıqlayıb.

Ağ Ev-in bildirdiyinə görə, sözügedən hərbi yardım paketi hava hücumundan müdafiə sistemlərinə, raketlərə və on milyonlarla ədəd gülləyə şamil olur.


Bu yardımlar Ukraynanın Rusiya qüvvələri ilə qarşılaşmaq niyyətində olduğu bir halda Kiyevə göndərilir.Bundan qabaq Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Cozep Borrel bu birliyin Kİyevə on milyard avroluq hərbi yardım göndərdiyini bildirmişdi.Bir neçə ölkə ukraynalı pilotlara F-16 qırıcılarından istifadə üzrə təlimə başlayıb- deyən Borrel vurğulayıb ki: Ukraynaya hərbi dəstək, vacibdir və Ukraynaya F-16 qırıcılarının göndərilməsi üzrə yol açıqdır.

342/