1 iyun 2023 - 15:48
Rusiya rus uşaqları Belqoroddan köçürmək qərarına gəlib

Rusiya bildirib ki, Ukrayna sərhədinin yaxınlığındakı Belqorod böldəsində yerləşən kəndlərdən yüzlərlə rus uşağı çıxarmaqdadır. Kreml qeyd edib ki, bu bölgə həyəcan və təhlükə vəziyyətindədir.

Belə bir halda, bu bölgənin icra başçısı bildiribdir ki, üç yüz uşaqdan ibarət ilk qrup Rusiya ərazisində yerləşən bölgələrə köçürüləcək. Bu addım son həftələr Ukraynanın Rusiya ərazisinə qarşı hücumlarının kəskinləşməsinin ardınca atılır.

 342/