Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

31 may 2023

20:32:05
1370193

Hökumət lirənin ucuzlaşmasının qarşısı heç cür ala bilməz

Azərbaycanlı iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki,Türk lirəsinin dəyərini itirməsinin əsas səbəbi Türkiyənin özünün iqtisadi vəziyyəti olduğundan hökumət lirənin ucuzlaşmasının qarşısını ala bilməyəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Türk lirəsinin dəyərini itirməsinin əsas səbəbi Türkiyənin özünün iqtisadi vəziyyətidir. Çünki zəlzələdən sonra çoxlu pul lazımdır. Valyuta dəyərlərində və turist sayında isə gözlənilən qədər artım hələ ki yoxdur.

Bu sözləri Natiq Cəfərli son iki gündə bir dolların 20,4 lirəyə qalxmasını şərh edərkən deyib.

 

Ekspert bildirib ki, sözügedən nüanslar ölkəyə valyuta daxilolmalarının azalmasına səbəb olub:

"Seçkilərdən sonra da investorlar Rəcəb Tayyib Ərdoğanın həmin siyasəti yəni faizləri aşağı çəkmək siyasətini davam etdirəcəyini düşünürlər. Ona görə də türk lirəsi ucuzlaşır”,- Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, hazırda Türkiyə hökuməti lirənin ucuzlaşmasının qarşısı heç cür ala bilməz:

"Yalnız böyük həcmdə kredit götürməlidir. O zaman problemi yüngülləşdirmək mümkün ola bilər",- İqtisadçı ekspert bildirib.

342/