Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

31 may 2023

20:30:17
1370190

Həmid Nurinin İsveç məhbəsindəki durumu haqda yeni məlumat yayılıb

İsveçdə həbsdə saxlanılan İran vətəndaşının durumu haqda yeni məlumat yayılıb. Məlumat göstərir ki, İsveçin polis və məhkəmə rəsmiləri humanitar məsələlərə və hüquqi qanunlara məhəl qoymamaqla ona qarşı məhdudiyyət və sıxıntıları kəskinləşdiriblər.

Beynəlxalq qanunlara zidd gedən İsveç polisi bu ölkənin ədliyyə idarəsinin hökmü ilə 2019-cu il noyabrın doqquzunda İsveçin Stokholm-Arlanda hava limanında İran vətəndaşı Həmid Nurini kobud surətdə və boş iddia ilə həbs etdi.

On yeddi mindən çox iranlıya qarşı terror və qırğın törətmək kimi qara keçmişə malik olan terrorçu münafiqlər qaragüruhu, Nuriyə qarşı yalan ittihamlar irəli sürüb. İsveçin məhkəmə aparatı da bu İran vətəndaşını həbsə aldıqdan sonra həmin ittihamlar əsasında onu mühakimə edibdir.

Həmid Nuriyə qarşı uzun və yorucu mühakimə prosesi hal-hazırda appelyasiya mərhələsindədir.

On ikinci appelyasiya iclası dünən keçirilib.

Ötən üç il yarım ərzində Həmid Nuriyə verilən işgəncələrin bariz nümunələrindən biri, onun fərdi kamerada saxlanılması və saxlanıldığığı təcridxanaların ardıcıl surətdə dəyişdirilməsi olubdur.

Bu azmış kimi, isveçlilər sözügedən İran vətəndaşına qarşı psixoloji işgəncə vermək üçün, nasistlər kimi daha amansız işgəncə metodlarına əl atırlar. Belə ki, onlar ötən həftələrdə kəskin psixoloji və psixi pozuntulara malik olan bir Eritreya təbəəsini, zorla Həmid Nurinin təknəfərlik kamerasına yerləşdiriblər. Belə bir halda, bu fərdi kameradakı saxlanılma şəraitində azacıq da olsa belə, dəyişiklik aparılmayıbdır.

Nuri daima öz vəkillərinə əlçatanlıq sahəsində müxtəlif məhdudiyyətlərlə üzləşir. Bu məhdudiyyətlərdən biri, isveçli vəkillərlə effektiv əlaqənin qurulması üçün tərcüməçinin vaxtında əlçatan olmamasıdır.

Ailə üzvlərilə görüş və onlarla telefon əlaqəsi qurmaq sahəsindəki ciddi məhdudiyyətlər, Həmid Nurinin hüquqlarının pozulması sahəsindəki digər mülahizəolunası hallardan sayılır.

İsveç məhbəslərinin hökmranları Həmid Nuriyə yetərincə səhiyyə və tibbi yardımın göstərilməsindən belə, çəkinirlər. Hətta Həmid Nurinin də yoluxduğu koronavirus pandemiyası dövründə ona lazımınca tibbi xidmət göstərilmədi.

342/