Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

27 may 2023

21:01:56
1369162

“ABŞ-ın maraqlarını müdafiə edənlər vətən xaini elan ediləcək”

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədə ABŞ-ın maraqlarını müdafiə edən siyasət yürüdənlərin hamısını vətən xaini hesab edəcəyini bildirib.

“Vurğulamaq istəyirəm ki, bundan sonra Amerikaya yönəlmiş siyasət yürüdən hər kəs, istər partiyalar, istərsə də ayrı-ayrı şəxslər bu ölkədə vətən xaini elan ediləcək. Türkiyə belə bir nöqtəyə gəldi, bu seçkilərdə bütün tərəflər bəllidir. Aydındır ki, ABŞ Türkiyədə nə etmək istəyir”, - deyə "T-24" portalı nazirin sözlərini sitat gətirir.

Xatırladaq ki, prezident seçkilərinin birinci turu ərəfəsində daxili işlər naziri ABŞ-ın onlara müdaxilə planlarının gücləndiyini bildirərək, Vaşinqtonu namizəd Məhərrəm İncənin prezidentlik yarışından çıxmasına səbəb olan uydurma videolar doldurmaqda ittiham edib.

Soylu bütün anti-Türkiyə hərəkətlərinin arxasında şəxsən ABŞ prezidenti Co Baydenin olduğunu müdafiə edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ilk turunda 49,52%, onun 7 müxalifət partiyasından olan rəqibi Kamal Kılıçdaroğlu isə 44,88% səs toplayıb.

İkinci turun sabah mayın 28-də keçirilməsi nəzərdə tutulub. Qalib gəlmək üçün namizədə sadə səs çoxluğu lazımdır.

 342/