Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

25 may 2023

09:40:00
1368677

Maxluf Mamiş: Fransa məscidləri blokadadan əziyyət çəkir / Sekuliyaralrın siyasi İslam damğası böyük yalandır

Vilnev Dusk şəhərindəki İslam Mərkəzi Məscidi blokadadadır. Məscidi idarə edən komanda ədliyyə orqanlarına təqdim edilib və 2024-cü ilin fevralında məhkəmə hökmü bitənə qədər onların Məscidə xidmət göstərməsinə belə icazə verilmir. Bu böyük Məscid Müsəlmanların ianə pulu ilə tikilib.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Fransa Müsəlmanları Federasiyasının İdarə Heyətinin üzvü Maxluf Mamiş “demokratiyanın beşiyi” adlanan ölkədə Müsəlmanların hüquqlarının kobud sürətdə pozulmasından gileylənərək deyib:

“Bu Avropa ölkəsində İslami xidmət birlikləri maliyyə mühasirəsindədir.”

O, Əl-Xəlic Əl-Cədidə verdiyi eksklüziv müsahibəsində müsəlmanlara qarşı amansız media və siyasi kampaniyaları pisləyib.

Maxluf Mamiş izah edib ki, 2010-cu ilin sonunda Ərəb Baharı inqilablarından sonra anti-İslam hərəkatları Fransada şiddətlənib. O vaxtdan bəri biz Müsəlman Qardaşlarına, siyasi İslama və hətta bütövlükdə müsəlmanlara qarşı hücuma keçmək və müqəddəs İslamı şeytanlaşdırmaq üçün intensiv media və siyasi kampaniyalarla üzləşirik.

Məxluf bildiribi: “Təəssüflər olsun ki, vətəndaş cəmiyyəti ilə qanuna uyğun işləyən, xidmət göstərən və ictimai maraqlara yaxın olan hər hansı İslami hərəkat və ya birlik “Müsəlman Qardaşlar” təşkilatına bağlı və ya siyasi İslam adlanan təşkilat kimi təsnif edilir.  Bu hərəkat və dərnəklərin Müsəlman Qardaşlarla və siyasi İslamla heç bir əlaqəsi olmasa da, arenada fəal olan İslami birlikləri şeytanlaşdırmaq planı qüvvədədir.”

Fransa Müsəlmanları Federasiyasının idarə heyətinin üzvü həmçinin deyib: “Hazırda Fransada bəzi məscidlər təqib və mühasirəyə məruz qalır, o cümlədən Vilnev Dusk şəhərindəki İslam Mərkəzi Məscidi blokadadadır.”

O, sözünə davam edərək deyib: “Məscidi idarə edən komanda ədliyyə orqanlarına təqdim edilib və 2024-cü ilin fevralında məhkəmə hökmü bitənə qədər onların Məscidə xidmət göstərməsinə belə icazə verilmir. Bu böyük Məsciddir və Müsəlmanların ianə pulu ilə tikilib.”

Mameş Fransada siyasi İslam məsələsini Fransa cəmiyyətini İslamdan uzaqlaşdırmaq üçün ortaya qoyulan böyük bir yalan kimi qiymətləndirib. O vurğulayıb ki, Fransada hakimiyyətə gəlmək istəyən heç bir siyasi İslam yoxdur, yerli qanunlara görə, kim hakimiyyətə gəlmək istəyirsə, siyasi partiya yaratmalıdır.

O əlavə edib: “İndi İslam Birliyi və ya Mərkəzinin gördüyü hər şey siyasi İslama aid edilir. Məsələn, pulsuz yeməklərin paylanmasını və ya təzminat dərslərinin və ya bayram namazının böyük zallarda qılınmasını siyasi İslamın hərəkəti hesab edir və bunu Fransada hakimiyyətə gəlmək və ya Fransanın İslamlaşması kimi qiymətləndirərək Müsəlmanları məhkum edirlər!”

Fransa Müsəlmanları Federasiyasının idarə heyətinin üzvü vurğulayıb: “Fransada Müsəlmanların hazırkı vəziyyəti çox çətin və mürəkkəbləşib, onların etdikləri hər şey siyasi İslam sayılır, hətta indiki siyasətçilər də öz mövqelərini qorumaq üçün siyasi İslam adlanan bu birliklərə yaxınlaşmırlar.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!