Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə axşamı

24 noyabr 2022

21:25:58
1325980

Kreml: Ermənistan sözsüz KTMT-də qalacaq

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib.

bu barədə Ermənistan hökumətinin saytında məlumat verilib.

“KTMT KTŞ-nin Bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” layihəsi yetərincə işlənməyib və bu formada, bütün hörmətimlə, mən bu sənədləri imzalamağa hazır deyiləm”, - deyə Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib.

Paşinyanın bu açıqlamasına Rusiyanın cavabı özünü çox gözlətməyib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov KTMT sammitinin yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan, sözsüz ki, KTMT-də qalacaq. Bütün çətinliklərə, heç də hər şeyin razılaşdırılmamasına baxmayaraq Ermənistan KTMT-də qalacaq.

Peskov qeyd edib ki, danışıqlarda KTMT ölkələrinin liderləri Ermənistanda sülhməramlı missiyanın müddətinin uzadılması məsələsini, həmçinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin taleyini müzakirə ediblər: "Bu mövzuya olduqca açıq, çox birbaşa, konstruktiv toxunulub. Hələ hər şey razılaşdırılmayıb, müəyyən nüanslar var".

Xatırladaq ki, dünən İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Şurasının növbəti sessiyası keçirilib. Sessiyada təşkilata üzv olan ölkələrin dövlət başçıları iştirak ediblər.

342/