25 oktyabr 2022 - 10:41
Sionistlərin Nablusa olunan hücumunda Şəhid olanların sayı 5 nəfərə çatıb

İşğalçı rejim “Arin əl-Əsvəd”- (Şirlər Cəngəli) qruplaşmasının komandirlərindən birinin bu şəhərdə Şəhid olduğunu iddia edib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Fələstinin Səhiyyə Nazirliyi sionist qüvvələrin səhər tezdən Nablus şəhərinə hücumu zamanı şəhid olanların sayının 5 nəfərə yüksəldiyini açıqlayıb.

Əl-Cəzirə telekanalının məlumatına görə, sionistlərin Nablus hücumunda yaralananların sayı azı 20 nəfərə çatıb və bu hücumlar fələstinli döyüşçülərin müqaviməti ilə üzləşib.

İşğalçı sionist rejimin baş naziri Yair Lapid Arin əl-Əsvəd (Şirlər Cəngəli) müqavimət qruplaşmasının komandirlərindən birinin Nablusda bu rejimin hərbi qüvvələrinin əməliyyatında şəhid olduğunu iddia edib.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!