Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

13 oktyabr 2022

13:45:00
1313248

İraq parlamentinin mühüm iclası ərəfəsində Bağdadın yaşıl zonasına 9 raket atılıb.

Bağdaddakı Yaşıl Zona və ətrafı 9 “Katyuşa” raketi ilə bombalanıb, nəticədə çoxlu sayda təhlükəsizlik qüvvələri və vətəndaş yaralanıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İraqın təhlükəsizlik mənbələrindən biri Bağdadın Yaşıl Zonasına 9 raket atıldığını bildirib.

Sözügedən mənbə Əl-Fratla söhbətində bildirib: “Bağdadın Yaşıl Zonasına 9 raket atılıb, 2 raket Hökumət Katibliyinin ərazisinə, 2 raket isə İraq parlamentinə aparan giriş qapısına düşüb və ilkin statistikaya görə, iki nəfər yaralanıb.”

Bununla əlaqədar İraq Təhlükəsizlik İnformasiya Mərkəzi verdiyi açıqlamada Bağdadın Yaşıl Bölgəsinin 9 Katyuşa raketi ilə hədəf alındığını və bu hücumda bir neçə təhlükəsizlik qüvvəsi və mülki vətəndaşın yaralandığını açıqlayıb.

İraq parlamenti bu gün prezidenti seçmək üçün iclas keçirəcək.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!