Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə axşamı

23 avqust 2022

14:48:04
1300173

" İranın müdafiə sənayesi sahəsindəki nailiyyətləri dostlarımızı ruhlandırır"

İran İslam Respublikasının prezidenti bildirib ki, xarici hərbi rəsmilər İslam Respublikasının müsəlman dünyası və İslam Respublikasının dostları üçün ilham verən böyük müdafiə qabiliyyətini etiraf edirlər.

Seyid İbrahim Rəisi avqustun 22-də İran Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşdə İran alimlərinin müdafiə sahəsində əldə etdiyi nailiyyətlərin ölkəni regionda və dünyada təsirli gücə çevirdiyini bildirib.və deyib: “Bu gün İslam Respublikası həmişəkindən daha güclüdür, düşmənlərimiz isə əvvəlkindən daha zəifdir. 

O, İranın hərbi irəliləyişlərini davam etdirmək əzmində olduğunu düşmənlərə xatırladaraq, müstəqil və azadlıq axtaran xalqlara məxsus olan bölgədən təkəbbürlü qüvvələrin əllərinin kəsiləcəyini vurğulayıb.

Rəisi qeyd edib ki, yerli müdafiə sənayesi mütəxəssislərinin yenilikləri və yaradıcılığı İran üçün elə bir güc yaradıb ki, dünyanın hərbi rəsmiləri İslam Respublikasının müdafiə sənayesinin böyük irəliləyiş əldə etdiyini etiraf edirlər.

O, daha sonra deyib: İranın müdafiə sənayesi mütəxəssislərinin nailiyyətləri İslam İnqilabının dostları üçün ruhlandırıcı, düşmənlər üçün isə arzuolunmazdır.

342/