Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

4 aprel 2022

18:43:14
1244743

İran nəşri: Avropa Rusiyaya görə ac qalacaq

Martın 28-də Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bəyan edib ki, Ukrayna böhranı ilə əlaqədar bir sıra ölkələr üçün “dəhşətli aclıq” təhlükəsi var.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Avropada Rusiyaya qarşı sanksiyalara görə aclıqdan qorunmağın yolu açıqlanıb.

Rusiya qazından imtina və Avropaya taxıl tədarükünün olmaması qitə sakinlərini aclıqla təhdid edir.

İranın “Fərda” nəşri bu səbəblərə görə Rusiyaya qarşı sanksiyaların yumşaldılması və ya götürülməsi, eləcə də İrana qarşı məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı proqnozlar verib.

“Yuxarıda göstərilən bütün problemlərə və onların Avropa üçün kritik əhəmiyyətinə görə çox güman ki, Avropa siyasətçiləri və hökumətləri çox yaxın gələcəkdə prinsipləri güzəştə getməli olacaqlar”, - deyə materialda deyilir.

Məqalədə həmçinin Polşanın keçmiş baş naziri Donald Tuskun proqnozu da xatırladılıb. O proqnoz verib ki, Ukraynada əkin kampaniyasının pozulması və Rusiyadan taxıl tədarükünün olmaması halında ölkədə çörəyin qiymətinin dörd dəfə artacaq.

İranlı müəllifin fikrincə, oxşar problemlər digər Avropa ölkələrini də təhdid edir.

Məqalədəki digər təhlükə Rusiya qazını rubla almaqdan imtinaya görə yanacağın qiymətinin qalxmasıdır.

Martın 28-də Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bəyan edib ki, Ukrayna böhranı ilə əlaqədar bir sıra ölkələr üçün “dəhşətli aclıq” təhlükəsi var.

Mütəxəssislər həmçinin dünya miqyasında əsas ərzaq məhsullarının bahalaşdığını açıqlayıblar.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!