Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Bəhreyn Şiə xalqı Ali Xəlifə vəhhabi rejiminin sionistlərlə kompromisinə etiraz olaraq nümayiş keçirib.
Bəhreyn Əl-Vifaq Camiatının Tvitter hesabında yazılıb: Əl-Sənabs və Əl-Mərx bölgələrinin sakinləri sionist rejimlə kompromisə etiraz ediblər.
Bəhreynlilər "Heyhat Minnə Zillə”, "Bəhreyndən çıx", "İsrailə ölüm" və "İslami Bəhreyndəki sionist səfirliyinə yox" kimi şüarlar səsləndiriblər.
Qeyd etmək yerinə düşər ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Bəhreyn arasında sionist rejimlə kompromis sazişi ABŞ -ın keçmiş prezidenti Donald Trampın iştirakı ilə çərşənbə axşamı axşamı (16 sentyabr 2020) rəsmi olaraq imzalanmışdır.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!