Kəşmirdə baş verən son terror aktından sonra Hindistan hindu hökuməti müsəlmanlara qarşı təzyiqləri gücləndirərək repressiya və zorakılıq dalğasına növbəti dəfə start verib. Kütləvi həbslər, Məscidlərin və İslam Məktəblərinin dağıdılması, anti-İslam əhval-ruhiyyənin qızışdırılması, Hicabın qadağası bütün bunlar Hindistanda dini birgəyaşayış və müsəlman azlığın gələcəyi ilə bağlı narahatlıqları artıran son tədbirlərdən biridir.
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Qum Elmi Hövzəsinin bərpasının 100-cü ildönümünə həsr olunmuş konfrans İmam Kazim (əleyhis-salam) adına Mədrəsənin akt zalında keçirilib.
Kanadada keçirilən son seçkilərin nəticələri xüsusilə Fələstin məsələsində daha mühafizəkar mövqelərə malik olan Mark Karninin qələbəsi ilə sionist rejim tərəfdarlarını qəzəbləndirib. Belə ki, sionist təsirli Dalia Kurtz çıxışında Kanadanın indi “Kanada İslam Respublikası”na çevrildiyini nəzərə alaraq Floridaya köçməyi planlaşdırdığını açıqlayıb.
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Səudiyyə Ərəbistanına qarşıdakı səfəri zamanı ABŞ-ın bundan sonra Fars Körfəzini saxta ad, “Ərəb körfəzi” ilə adlandıracağını təxribatçı şəkildə elan etməyi planlaşdırdığı deyilən ABŞ prezidenti Donald Trampın özü 1987-ci ildə televiziyaya verdiyi müsahibədə “Fars Körfəzi” adını düzgün tələffüz edib.
İranın xarici işlər naziri Tramp administrasiyasının Fars körfəzi üçün saxta ad istifadə etmək planına reaksiya verib və bunu İrana qarşı düşmənçilik niyyətinin əlaməti adlandırıb. O, bu körfəzin tarixi adının dəyişdirilməsinin bütün iranlılara qarşı təhqir olduğunu və bununla bağlı hər hansı bir hərəkətin hüquqi əsassız olacağını vurğulayıb.