Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA / Video Xidməti: Aşağıdakı videoçarxda son bir neçə günün seçilmiş xəbərlərinə müxtəlif xəbər agentliklərinin kamera bucağından çəkdiyi fotolarında baxa bilərsiniz:
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Media mənbələri Qolani terrorçularının Livanın sərhəd şəhərlərinə böyük raket zərbəsi endirdiyini bildirib.
Bu xəbərə görə, Türkiyənin dəstək verdiyi Qolani terrorçuları İsrail rejimi ilə qurduqları kordinasiyaya əsasən Suriyanın Quseyr şəhərinin yaxınlığından Livanın Bekaa əyalətinin sərhəd qəsəbələrinə raket zərbələri endiriblər.
Bu raket hücumu bir livanlı yeniyetmənin şəhid olması və daha dörd livanlı mülki şəxsin yaralanması ilə nəticələnib.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livan mediası faşist İsrail rejim ordusunun Livanın cənubundakı Borc əl-Muluk şəhərində bir avtomobili PUA vasitəsi ilə hədəf aldığını bildirib. Livan Mülki Müdafiə Təşkilatı bu hücumda 2 nəfərin şəhid olduğunu açıqlasa da, onların şəxsiyyəti hələ müəyyən edilməyib. Hücumla bağlı əlavə məlumat verilməyib.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Tanzaniyanın Höccətül-Əsr (əccələllahu fərəcəhu əl-şərif) İnstitutunun səyləri ilə ölkənin müxtəlif bölgələrində müqəddəs Ramazan ayı müddətində dini mərasimlər keçirilir.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
Həqiqətən, onların (peyğəmbərlərin) hekayətində ağıl sahibləri üçün ibrət vardır. [Quran] uydurma bir söz deyil, əksinə, özündən əvvəlkiləri (İlahi kitabları) təsdiq edən, hər şeyi müfəssəl izah edən, iman gətirən bir qövm üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir. (Yusuf/111)