Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA:
1. İnsanın yaradılması
Allah insanı palçıqdan yaratdı və ona Öz Ruhundan üfürdü. İblisdən başqa mələklər Allahın əmri ilə ona səcdə etdilər (Hicr, 26-48).
2. İbrahim peyğəmbərin (əleyhis-səlam) qonaqları və övladla müjdələnməsi
Həzrət İbrahimin (əleyhis-salam) qonaqları (mələklər) ona uşaq müjdəsi verdilər və həzrət İbrahim (əleyhissalam) yaşlı olduğuna görə çox təəccübləndi (Hicr/51-59).
3. Lut peyğəmbərin (əleyhis-səlam) qonaqları; Günahkarların cəza mələkləri
Həzrət Lut (əleyhis-salam) Öz qızlarını azğın qövmünə ərə vermək təklifini verdi ki, qonaqları yanında namusunu qorusun, lakin onlar homoseksuallığa və sərxoşluğa qərq olub cəzalandırıldılar (Hicr: 61-77).
4. Şeytan və insanı azdırması
Şeytan Adəmə (əleyhis-səlam) səcdə etmək əmrini yerinə yetirmədikdə, Allah ona mal və övlad da daxil olmaqla, insanları müxtəlif vəsvəsələrlə azdırmaq üçün möhlət verdi (İsra: 61-65).
5. Musa peyğəmbərin (əleyhis-səlam) Doqquz Möcüzəsi
Musa peyğəmbər (əleyhis-salam) doqquz möcüzə ilə Firon və Bəni-İsrailin yanına getdi. Firon boğuldu və İsrail oğulları yer üzündə məskunlaşdılar (İsra/101-104).
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
Sizin rəyiniz