17 mart 2025 - 05:20
Qurandan hekayələr; Təfəkkür və düşünmək üçün bir yer \ Müasir insan üçün ibrət dərsi (8)

Həqiqətən, onların (peyğəmbərlərin) hekayətində ağıl sahibləri üçün ibrət vardır. [Quran] uydurma bir söz deyil, əksinə, özündən əvvəlkiləri (İlahi kitabları) təsdiq edən, hər şeyi müfəssəl izah edən, iman gətirən bir qövm üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir. (Yusuf/111)

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA:

1. İnsanın yaradılması

Allah insanı palçıqdan yaratdı və ona Öz Ruhundan üfürdü. İblisdən başqa mələklər Allahın əmri ilə ona səcdə etdilər (Hicr, 26-48).

2. İbrahim peyğəmbərin (əleyhis-səlam) qonaqları və övladla müjdələnməsi

Həzrət İbrahimin (əleyhis-salam) qonaqları (mələklər) ona uşaq müjdəsi verdilər və həzrət İbrahim (əleyhissalam) yaşlı olduğuna görə çox təəccübləndi (Hicr/51-59).

3. Lut peyğəmbərin (əleyhis-səlam) qonaqları; Günahkarların cəza mələkləri

Həzrət Lut (əleyhis-salam) Öz qızlarını azğın qövmünə ərə vermək təklifini verdi ki, qonaqları yanında namusunu qorusun, lakin onlar homoseksuallığa və sərxoşluğa qərq olub cəzalandırıldılar (Hicr: 61-77).

4. Şeytan və insanı azdırması

Şeytan Adəmə (əleyhis-səlam) səcdə etmək əmrini yerinə yetirmədikdə, Allah ona mal və övlad da daxil olmaqla, insanları müxtəlif vəsvəsələrlə azdırmaq üçün möhlət verdi (İsra: 61-65).

5. Musa peyğəmbərin (əleyhis-səlam) Doqquz Möcüzəsi

Musa peyğəmbər (əleyhis-salam) doqquz möcüzə ilə Firon və Bəni-İsrailin yanına getdi. Firon boğuldu və İsrail oğulları yer üzündə məskunlaşdılar (İsra/101-104).

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!

Tags

Sizin rəyiniz

You are replying to: .
captcha