ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, um şəhərindəki böyük təqlid mərcələrindən olan Ayətullah Naser Məkarem Şirazi bu gün bir müraciətdə Amerikanın İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı Qasem Soleymanini və İraqın Həşduşşəbi təşkilatının rəis müavini Əbu Məhdi Əlmuhəndisi şəhid etmək üzrə cinayətini pisləyərək, vurğulayıb ki, amerikalı cinayətkarları kəskin intiqam gözləyir.
Ayətullah Məkarem-Şirazi əlavə edib: Şəhid Soleymaninin yolu daha artıq qüdrətlə davam edəcək.
Ayətullah Hoseyn Nuri Həmədani də bir müraciətdə bildirib: Şübhəsiz, general-leytenant Soleymaninin və Əbu Məhdi Əlmuhəndisin şəhadəti gələcəyi aydınlaşdıracaq və düşmənin qəti süqutuna zəmin yaradacaqdır.
Ayətullah Lotfollah Safi Qolpayeqani də öz müraciətində vurğulayıb: Şəhid Soleymani öz həyatını İslama və xalqa xidmətə, həmçinin islami dəyərlərin qorunmasına vəqf etmişdi.
Həzrət Ayətullah Əbdollah Cəvadi-Amoli, Həzrət Ayətullah Cəfər Sobhani və Həzrət Ayətullah Seyyed Mohəmməd Ələvi Qorqani də ayrı-ayrı müraciətlərdə general-leytenant Soleymaninin şəhadəti ilə bağlı başsağlığı veriblər.
.........
340