Əhli-beyt (əleyhimus-səlam) Beynəlxalq Xəbər Agentliyi -ABNA: Karlson müsahibəsi zamanı deyib: Əsas korrupsiya ABŞ ordusundan necə istifadə olunması ilə bağlıdır. Bu qurumun büdcəsi 1 trilyon 500 milyard dollardır və 1945-ci ildən bəri heç bir müharibədə qalib gəlməyib.
Donald Trampın keçmiş müttəfiqi və televiziya aparıcısı əlavə edib: Əlbəttə, mən ABŞ-nin daxili problemlərinə diqqət yetirməməli olduğumuzu demirəm. Lakin əsas problemi görməzdən gəlirik. Çünki ABŞ rəhbərləri üçün bu məsələyə toxunmaq olduqca təhlükəlidir. Belə ki, bu, Amerika xalqının kökündən korrupsiyaya qurşanmış və çürümüş bu administrasiyanın fəaliyyət istiqamətindən xəbərdar olmasına səbəb ola bilər.
ABŞ-nin tanınmış mühafizəkar media nümayəndəsi ölkə hökumətinin xalqın maraqları naminə fəaliyyət göstərmədiyini bildirərək vurğulayıb: Tramp administrasiyasının yeganə fəaliyyəti bizim zəhmətimiz və əməyimiz hesabına qazandığımız pulları oğurlamaq və talamaqdır.
O, daha sonra ABŞ mediasının ölkə əhalisini məlumatlandırmaq məqsədilə yaradılmadığını qeyd edərək deyib: ABŞ mediası sizə yalan danışmaq, sizi əsas istiqamətdən yayındırmaq, sizə hücum etmək və bəzi hallarda hətta sizi həbsxanaya salmaq üçün yaradılıb.
Sizin rəyiniz