31 dekabr 2019 - 09:06
Zərif: İran və Rusiya bölgədə sülh ardıncadır

İranın xarici işlər naziri bəzi ölkələrin dünyada əmin-amansızlıq və militarizmi qızışdırmalarına işarə edib. Bildirib ki, İran İslam Respublikası və Rusiya başqalarının əksinə olaraq, bölgədə və dünyada stabillik və təhlükəsizlik istəyirlər.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə vurğulayıb ki, Tehran və Moskva oxşar və eyniistiqamətli regional təşəbbüslərə malikdirlər.

O, əlavə edib: Bu həssas şəraitdə İran-Rusiya münasibətləri özünün ən yaxşı səviyyəsindədir və Tehranın iradəsi bu əlaqələrin inkişaf etdirilməsinə yönəlibdir.

İran-Rusiya-Çin birgə dəniz manevrini sülh naminə əməkdaşlıq adlandırıb. Bildirib ki, Tehran və Moskva həmkarlıqlarını bütün səviyyələrdə davam etdirəcəklər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da qeyd edib ki, Rusiya və İran bir çox regional və beynəlxalq məsələlərdə ortaq baxışlara malikdirlər və iki ölkənin sülhsevər təşəbbüsləri bu məsələni bəyan edir.

İkitərəfli və regional əlaqələr, o sıradan Fars Körfəzi, Suriya və Əfqanıstanın vəziyyətini Zərif-Lavrov danışıqları və məşvərətinin digər mövzularından olubdur.

..........
340