Əhli-beyt (əleyhimus-səlam) Beynəlxalq Xəbər Agentliyi -ABNA: Humanistan xəbər verir ki, Minnesota ştatından olan amerikalı müsəlman qadın alimə və pedaqoq Dr. Tamara Qrey lüteran xristian ailəsində böyüyüb və İslamı qəbul etməzdən əvvəl xristianlıqla yaxından maraqlanıb.
O, İslamı 1985-ci ildə, müsəlman icmasının hələ kiçik olduğu Minnesota ştatında yaşayarkən qəbul edib. Yaqeen İnstitutuna verdiyi müsahibədə o, İslamı qəbul etməsinin əsasən mənəvi bir təcrübə olduğunu, uzun akademik araşdırmaların nəticəsi olmadığını deyib.
Müsəlman olduqdan sonra isə onda yeni dini haqqında daha çox öyrənmək istəyi yaranıb.
İslamı qəbul etdikdən sonra Dr. Qrey onu dərindən öyrənməyə başlayıb. Sonralar Suriyanın Dəməşq şəhərinə köçüb və təxminən 20 ilini ənənəvi üsulla İslam elmləri, Quran və ərəb dilini öyrənməyə həsr edib.
O, 1980-ci illərdə ingilis dilində etibarlı İslam bilikləri axtaran yeni müsəlman qadın kimi hansı çətinliklərlə üzləşdiyini danışıb. Bu təcrübələr və çətinliklər onun təhsilə olan bağlılığını daha da gücləndirib və o digər müsəlman qadınlara mənalı dini təhsil əldə etməkdə kömək etmək istəyinə ilham verib.
Bu gün Dr. Tamara Qrey müsbət mədəni dəyişikliyə yönəlmiş və müsəlman qadınları dəstəkləyən "Rabata" təhsil təşkilatının qurucusu və baş direktorudur.
O, həmçinin Rabatanın ali təhsil təşəbbüsü olan Ribāṭ Universitetinin prezidenti və Yaqeen İnstitutunun baş elmi işçisidir.
Qeyd edək ki, Dr. Tamara Qrey-in ənənəvi İslam təhsili ilə yanaşı, onun Liderlik üzrə doktorantura və Kurikulum Nəzəriyyəsi və Tədris üzrə magistr dərəcəsi var.
Xanım Tamara Qrey tədris, təlif, tərcümə və təhsil layihələri vasitəsilə, Amerikada və onun hüdudlarından kənarda İslam elminə və müsəlman icmalarına töhfə verməyə davam edir.
Hicablı Alimələr/ Ribaṭ Universitetinin prezidenti və Yaqeen İnstitutunun baş elmi işçisi Dr. Tamara Qrey
O, İslamı 1985-ci ildə, müsəlman icmasının hələ kiçik olduğu Minnesota ştatında yaşayarkən qəbul edib.
Sizin rəyiniz