ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 1388-ci il deyin doqquzu, yəni 2009-cu il dekabrın 30-u, İran xalqının, cəmiyyətdə quruluşa qarşı çıxanların rədd olunmaları və fitnəkar ünsürlərə qətiyyətli cavab sahəsindəki milyonluq yürüşünü xatırladır. Həmin ünsürlər İranda onuncu prezident seçkilərində saxtakarlıq bəhanəsilə yanlış yola düşmüşdülər.
Tehranın cümə namazı xitabətçisi höccətulislam Kazem Seddiqi bildirib ki, zalım qüvvələr o zaman İran İslam Respublikası quruluşuna zərbə vurmaq üçün əllərindən gələni əsirgəmədilər. O, deyib: Əmin-amansızlıq və qarışıqlıq yaratmaq, hücum və şər işlər, fitnəkarların hərəkətlərindən idi ki, İran xalqı öz açıq baxışı ilə düşmənlərin planlarını zərərsizləşdirdi.
Höccətulislam Seddiqi həmçinin bildirib ki, düşmənlər həmişə fitnəkarlıq niyyətində olublar. O, deyib ki, düşmənlər İran xalqını öz istiqlaliyyəti, sabitliyi və inkişafından dayandırmaq üçün fürsət axtarırlar.
Tehranın cümə namazı xitabətçisi vurğulayıb: İran xalqı ötən qırx ildə olduğu kimi, öz sayıqlığı və gözüaçıqlılığı ilə düşmənlərin nəhs planlarını zərərsizləşdirəcəkdir.
..........
340