ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq mediyaları bildiriblər ki, bu mərkəzlər ordu, polis və İraq səfərbər qüvvələrinin "Zəfər iradəsi" adlı birgə əməliyyatı nəticəsində məhv edilib.
İraq qüvvələri şənbə günü də Əl-Ənbar və Səlahəddin vilayətlərində bir əməliyyatda İŞİD terrorçularının bir neçə gizli mərkəzləri və tunelləri məhv etmişdilər.
İraqda İŞİD terrorçularının məhv edilməsinə baxmayaraq bu qrupun bəzi üzvləri hələdə ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərir və ara-sıra terror aktları törədirlər.
..........
340