8 dekabr 2019 - 09:23
İraqın şimalında terrorçuların mövqeləri məhv edilib

İraq mediyaları ölkənin şimalında Səlahəddin vilayətində İŞİD terrorçularının gizləndikləri 11 mövqe və 3 tunelin məhv edildiyini bildiriblər.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq mediyaları bildiriblər ki, bu mərkəzlər ordu, polis və İraq səfərbər qüvvələrinin "Zəfər iradəsi" adlı  birgə əməliyyatı nəticəsində məhv edilib.

İraq qüvvələri şənbə günü də  Əl-Ənbar və Səlahəddin vilayətlərində bir əməliyyatda İŞİD terrorçularının bir neçə gizli mərkəzləri və tunelləri məhv etmişdilər.

İraqda İŞİD terrorçularının məhv edilməsinə baxmayaraq bu qrupun bəzi üzvləri hələdə ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərir və ara-sıra terror aktları törədirlər.  

..........
340