ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Höccətulislam vəlmuslimin Seyyed Mohəmməd Həsən Əbutorabifərd Tehranın cümə namazı xütbələrində vurğulayıb: Amerikanın qarşısında dayanmaq, yəni elm istehsalı istiqamətində hərəkət, texnologiya yaratmaq və adambaşına düşən maksimum gəlirlə qüdrətli İranı qurmaq. Bu yol yalnız modern texnologiyalara nailolma və elmin ticariləşdirilməsilə əldə olunur.
Tehranın cümə namazı xitabətçisi cümə namazı xütbələrinin digər hissəsində benzinin qiymətinə düzəliş layihəsinin icrasına işarə edərək, deyib: Siyasi və elmi elitanın birliyi, həmçinin böyük İran xalqının himayəsi ilə milli qüdrət və vəhdətin yol xəritəsi ola biləcək bu mühüm və həssas məsələ əcnəbilər, həmçinin kəşfiyyat və casusluq xidmətləri üçün bir zəminə çevrilməməli idi.
Əbutorabifərd vurğulayıb: Son hadisələrdə zərər çəkmiş ailələrin problemlərinə baxılması və diqqət yetirilməsi bütün rəsmilərin iş prioritetində durmalıdır.
..........
340