4 dekabr 2019 - 09:45
Amerika cani və terrorçu bir ölkədir

İran İslam Respublikasının prezidenti Amerikanın İran xalqına qarşı misli görünməmiş sanksiyalarına işarə edib. Bildirib ki, Amerika cani və terrorçu bir ölkədir.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Həsən Ruhani "Əlillərin Ümumdünya Günü" münasibətilə Tehranda bir qrup əlil ilə görüşdə əlavə edib: Amerika, onların öz etiraflarına görə, ən  sərt iqtisadi təzyiq olan misli görünməmiş sanksiyalar tətbiq etməklə İran xalqını dizə çökdürmək istəyirdi.

Ruhani söyləyib: İran xalqı bütün ağır iqtisadi təzyiqlərə və ədalətsiz sanksiyalara rəğmən, öz izzətini qoruyub saxlayıb. İran xalqı müqavimətlə və çətinliklərə dözməklə çətin şəraiti keçərək, qalib gəlibdir.

İran İslam Respublikasının prezidenti bildirib: İran xalqının müqavimətilə bu gün şərait elədir ki, onların özləri dialoq və müzakirə etmək istəyir və xüsusi ismarıclar göndərirlər.

Ruhani əlavə edib: Müzakirə üçün xüsusi şəkildə göndərdikləri mesaj və xahişlər ümumi şəkildə verdikləri şüarların əksinədir və vasitəçi olan avropalılar da bunu bilirlər.

..........
340