ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü briqada generalı pasdar Rəməzan Şərif İranın bəzi şəhərlərindəki son iğtişaşlara işarə edərək, əlavə edib: İran iğtişaşlarının arxasında amerikalılar, sionistlər, səudlar və münafiqlər terror qruplaşması durur.
General Şərif vurğulayıb ki, İran xalqı sayıqlıqla düşmənlərin fitnəsini zərərsizləşdirə bildi.
Noyabrın 15-dən İranda benzinin qiymətinin islah edilməsi planı Tehranda və İranın digər şəhərlərində dinc etirazlara səbəb oldu, lakin bəzi təlim görmüş iğtişaşçılar İranda etirazçıların sıralarına girərək, ictimai və şəxsi əmlaka, o cümlədən banklara, təcili yardım xidmətləri və maşınlarına, eləcə də ictimai nəqliyyata ziyan vurdular.
İranın müxtəlif şəhərlərinin sakinləri ötən günlər ərzində iğtişaşçıları rədd etmək və ölkənin təhlükəsizliyi və hakimiyyətini dəstəkləmək üçün yürüşlər keçirdilər.
...........
340