ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Morales dünən gecə bir çıxışda öz istefasını elan edərək, Boliviyada iğtişaş və əmin-amansızlıq yaradan müxalifləri kəskin tərzdə tənqid edibdir.
Morales Boliviyada keçirilən son prezident seçkilərində öz rəqibi Karlos Mesanı məğlub etməyə müvəffəq olmuşdu.
Bununla belə, müxaliflər seçkilərin nəticəsini saxtakarlıq iddiası ilə qəbul etmədilər. Onlar ötən bir neçə gün ərzində bu ölkə küçələrini etiraz və iğtişaşlar meydanına çevirmişdilər.
Qərbyönlü Karlos Mesa və tərəfdarları Moralesi seçkilərdə manipulyasiyada ittiham edirdilər.
Boliviyanın prezidenti Evo Moralesin istefasının ardınca onun müavini də vəzifəsindən kənara çəkilibdir.
Moralesin istefası elə bir halda baş veribdir ki, o, dünən axşam bir televiziya çıxışında bu ölkədə seçkilərin yenidən keçirilməsindən xəbər vermişdi.
Moralesin müstəmləkəçiliyə və imperializmə qarşı siyasətləri və onun Vaşinqtonun regiondakı rəftar tərzini tənqid etməsi Boliviyanın da bu regiondakı bəzi digər solçu ölkələr kimi Amerikanın gizli və aşkar təzyiqlərinə məruz qalmasına bais olubdur.
Venesuela prezidenti, Kubanın xarici işlər nazirliyi, Meksikanın xarici işlər naziri, Kolumbiya hökuməti və Argentinanın seçilmiş prezidenti Evo Moralesin istefasını çevriliş adlandıraraq, onu pisləyiblər.
.........
340