10 noyabr 2019 - 07:45
Çilidə etiraz və iğtişaş davam edir

Etirazların oktyabrın 18-də başlanmasından üç həftə keçir və etirazçıların Çilinin liberal prezidenti Sebastyan Pinyeraya qarşı hiddət hərəkatı çökməyib və hətta çaxnaşmalar paytaxtın dinc bölgələrinə də çəkilibdir.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Santyaqo meriyasının bildirdiyinə görə, 75 min nəfərə yaxın aksiyaçı İtaliya meydanına toplaşıb. Elə bu meydanın ətrafında polis qüvvələrilə etirazçılar arasında toqquşma baş verib və bu zaman özəl universitet olan “Pedro de-Valdiviya” universitetinin bir hissəsi yandırılıb.

Meriya elan edib ki, çaxnaşmalar aksiyalardan sonra və maneələrin dağıdılması ilə başlanıb. Şahidlər yerli medialara bildiriblər ki, universitet binasındakı yanğına səbəb, etirazçıların xüsusi təyinatlı polis bölmələri ilə qarşıdurma zamanı universitet ətrafında olan maneələri yandırmaları olubdur. Çoxlu sayda yanğınsöndürən hadisə yerinə göndərilib. Yandırılmış universitetin ətrafında bir qrup etirazçı tarixi bir kilsəni qarət edib.

Etirazçılar prezident sarayının önündən keçərkən prezidentə qarşı şüarlar verib və onun istefaya getməsini tələb ediblər.

Dünən Çilinin digər şəhərlərində də aksiyalar keçiriib. Valparisonun ətrafında yerləşən “Vinadelmar” bölgəsində polis qüvvələrilə etirazçılar arasında zorakı toqquşmalar baş verib. Dünən gecə Santyaqoda bir qrup etirazçı mərkəzi bölgələrin küçələrini bağlayıb. Onlar küçələrdə maneələr yaradıb, sonra anti-hökumət şüarları ilə bu maneələri yandırıblar.

Bu aksiyalar öncə metro biletinin qiymətinin artmasına etiraz olaraq başlanıb, indi isə Çili hökumətinin iqtisadi siyasətlərinə qarşı geniş bir hiddətə çevrilibdir.

.........
340