5 noyabr 2019 - 07:52
ABŞ-ın İrana qarşı sanksiyaları davam edir

ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikasına qarşı düşmənçilik siyasətlərinin davamında bir iranlı orqan və doqquz iranlı fiziki şəxsin adını öz sanksiyaları alıtnda olan orqanlar və şəxslərin siyahısına əlavə edib.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ Maliyyə Nazirliyi bazar ertəsi günü İranın məhkəmə hakimiyyətinin sədri Seyyed Ebrahim Rəisi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mohəmməd Baqerinin adının Vaşinqtonun sanksiyaları alıtnda olan orqanlar və şəxslərin siyahısına əlavə edilməsindən xəbər verdi.

ABŞ Maliyyə Nazirliyi bu ölkənin Tehrandakı casusluq yuvasının ələ keçirilməsinin 40-cı ildönümündə, bazar ertəsi günü yaydığı bəyanatda bu həssas hadisəyə toxunaraq, İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının və quruluşun yüksək vəzifəli rəsmisi adlandırılan 9 iranlının boykot edilməsini İran İslam Respublikasının daxili və regional imkanları ilə mübarizə üçün atılan bir addım adlandırdı.

Tramp hökuməti 2018-ci ilin mayında nüvə razılaşmasından çıxandan bəri İranın müxtəlif orqanları və şəxslərinə qarşı müxtəlif sanksiyalar tətbiq edib və digər ölkələri özünün qanunsuz sanksiyaları ilə yanaşı etmək üçün təhdid və hədə-qorxuya əl atıbdır.

Bununla belə, amerikan Blumberq(Bloomberg) telekanalı son zamanlar verdiyi bir hesabatda İrana qarşı sanksiya siyasətinin finiş xəttinə çatdığını və ABŞ-ın əlavə sanksiyalar tətbiq etmək seçimlərinin az olduğunu bildirdi.

Son həftələr ABŞ İranın xarici ticarətdən az asılı olan tikinti sektorunu və uzun müddətdir icra vəzifəsinə malik olmayan bəzi şəxsləri sanksiya etməklə İrana qarşı sanksiya siyasətinin finiş xəttinə çatması ilə bağlı xəbərlərin reallığa çox yaxın olduğunu göstərdi.

Dünya Bankı və Beynəlxalq Valyuta Fondu daxil olmaqla beynəlxalq orqanlar özlərinin son hesabatlarında sanksiyaların İran iqtisadiyyatına təsirinin azaldığını və İran iqtisadiyyatının gələn ildən adi prosesə dönə biləcəyini bildiriblər.

Tehran İran İslam Respublikasına qarşı sanksiyaların gücləndirilməsinə cavab olaraq bir il strateji səbirdən və öz gözləntilərinin yerinə yetirilməməsindən sonra cari milad ili mayıdn 9-dan nüvə anlaşmasındakı bəzi öhdəliklərini azaldıbdır.

..........
340